Xatunun uşağı ürəyi çöldə doğuldu - FOTO

Xatunun uşağı ürəyi çöldə doğuldu - FOTO
20:05 6 Mart 2017
367 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda 28 yaşlı Tazmina Xatun adlı qadın ilk uşağını dünyaya gətirib.

Ailə körpənin ektopia kordis adlı nadir rast gəlinən xəstəliklə doğulduğunu öyrənincə şok yaşayıb.

Ürəyi çöldə doğulan körpəni həkimlər əməliyyat ediblər. Körpənin ürəyi təcili əməliyyatla sinəsinin içinə qoyulub və onun həyatı xilas edilib. Ancaq daha böyük bir əməliyyat keçirməsi vacib olan körpə başqa bir xəstəxanaya köçürülüb.

Anası Tazmina hamiləliyi boyunca hər hansı bir problem yaşamadığını söyləyib.

Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, doğuma qədər körpənin xəstəliyi bilinməyib.

Qeyd edək ki, ektopia kordis ürəyin sinə xaricində inkişafı ilə ortaya çıxan genetik bir xəstəlikdir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR