Məsut Türkiyəni niyə seçməyib? - İlk dəfə açıqladı

Məsut Türkiyəni niyə seçməyib? -   İlk dəfə açıqladı
20:07 6 Mart 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Məsut Özil ilk dəfə Türkiyə millisini seçməməsinin səbəbini açıqlayıb. Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, türk futbolçu anası və əmisinin onun Türkiyə millisində oynamasını istədiyini bildirib:


"Bu çətin qərarla bağlı ailəmlə danışdım. Anam Gülizar Türkiyədə oynamağımı istəyirdi. Anam "Köklərinin hardan gəldiyini düşün, babaların Türkiyədən gəlib" tövsiyyəsini etdi. Əmim də onunla eyni fikirdə idi. Atam isə onlara "Məsut Almaniyada doğulub. Burda məktəbə gedib və futbolu alman klublarında öyrənib. Bu səbəbdən də Almaniyada oynamalıdı" dedi. Qərar vermək məcburiyyətində idim. Amma kimsəni üzmək istəmirdim. 2006-cı ilin yazında ailəmə qərarımı açıqladım. Bu qərarı bir neçə dəqiqədə bir otaqda oturaraq verməmişdim. Mənim üçün karyeramın ən önəmli və dönüş nöqtəsi idi".


Məsut oyunlardan əvvəl etdiyi duanı da açıqlayıb: "Bütün təzyiqlərə baxmayaraq Almaniya üçün oynamaqdan xoşbəxtəm. Əsla Türkiyəyə arxamı çevirmədim. Adətim olaraq hər zaman matçlardan öncə eyni duanı edirəm: "Allah, bugünkü matç üçün bizə güc vervə komanda yoldaşlarımı zədələnməkdən qoru. Sən bizim yolumuzu aça və bağlaya bilərsən. Doğru yol göstər" deyə dua edirəm".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-msut-turkiyni-niy-secmyib-t56744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR