Çinin bank sistemi dünyada liderdir

Çinin bank sistemi dünyada liderdir
20:17 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Çinin bank sisteminin həcmi avrozonanın bank sisteminin üstələyərək dünyada lider olub.
"Report" xəbər verir ki, bu barədə "Financial Times"ın hesabatında deyilir. Belə ki, 2008-ci il maliyyə böhranından sonra Çin iqtisadi artımı stimullaşdırmaq üçün bank kreditləşməsinin həcmini artırıb. Bununla da Çindəki bankların məcmu aktivləri 2016-cı ilin sonunda 33 trln. ABŞ dollarına çatıb və 31 trln. dollar həcmi olan avrozona banklarının göstəricisini ötüb. Hesabat dövründə ABŞ bank sisteminin məcmu aktivləri 16 trln., Yaponiyanınki isə 7 trln. dollar təşkil edib.
Qeyd edək ki, Çin bank sisteminin məcmu aktivləri ölkənin ÜDM-i 3,1 dəfə üstələyir. Bu göstərici avrozonada 2,8 dəfə təşkil edir. 
Bununla yanaşı, ekspertlər bildirirlər ki, Çinin kreditləşməni artırması ölkənin maliyyə sitemi üçün risklərin yaranmasına gətirib çıxarıb. Nyu-Yorkun "Cornell" universitetinin iqtisadçısı, Esvar Prasada (Eswar Prasad) görə, "Çin bank sisteminin böyüklüyü qururverici bir hadisə deyil. Bu, iqtisadiyyatın həddindən artıq bank kreditlərindən asılılığını göstərir. Bu, həmçinin maliyyə resurslarının qeyri-effektiv bölüşdürülməsini və problemli kreditlərin artmasına gətirib çıxarır."

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cinin-bank-sistemi-dunyada-liderdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR