Azərbaycanda 300 300 nəfər digər şəbəkəyə daşınmış nömrələr barədə məluma almaq istəyib

Azərbaycanda 300 300 nəfər digər şəbəkəyə daşınmış nömrələr barədə məluma almaq istəyib
20:27 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart.REPORT.AZ/ Bu ilin fevral ayı ərzində “Elektron hökumət” portalı vasitəsi ilə 1 673 687 dəfə elektron xidmətlərə müraciət sayı qeydə alınıb. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumatı Elektron Hesablama Mərkəzindən (MHM) "Report"a verilən məlumata görə, xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏCMN).
"Fevralda bu qurumun xidmətlərinə 946 084 dəfə müraciət olunub. ƏƏSMN-in ünvanlı dövlət sosial yardımı üzrə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə hazırlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) adlı xidmətinə ay ərzində 394 389 dəfə müraciət edilib" - MHM-dən bildirilib.
Müxtəlif istiqamətləri əhatə edən 37 xidməti portala inteqrasiya edən NRYTN-nin xidmətlərinə isə ötən ayda müraciət sayı 565 935-ə çatıb. Nazirliyin çox istifadə olunan elektron xidməti “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, ay ərzində xidmət üzrə müraciət sayı 300 300-ə çatıb.
Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi elektron xidmətlərə ay ərzində müraciət sayıisə 71 470 olub. Komitənin təqdim etdiyi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu” elektron xidmətinə 55 099 dəfə müraciət olunub.
Portal üzərindən fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək aidiyyati quruma ötürməyə imkan yaradan elektron arayışlardan isə fevral ayı ərzində 25 862 dəfə istifadə edilib.
Əsasən yay aylarında daha aktual olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, fevral ayında bu qurumun xidmətlərinə nisbətən az - 18 701 dəfə müraciət olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-oten-ay-300-300-nefer-diger-sebekeye-dasinmis-nomreler-barede-meluma-almaq-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR