Təhsil Nazirliyi 900-dən çox təhsil sənədini tanımadı

Təhsil Nazirliyi 900-dən çox təhsil sənədini tanımadı
20:28 6 Mart 2017
777 Ölkə
Ölkə mətbuatı
A- A+

Təshil Nazirliyinə ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması məqsədi ilə ötən il 2 958 müraciət daxil olub.

“Report” xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2015-ci ildən qalan müraciətlər da daxil olmaqla, ümumilikdə 1 828 təhsil sənədi müsbət, 930 təhsil sənədi isə mənfi cavablandırılıb.

Keçən il İqtisadiyyat Nazirliyi 47 təhsil müəssisəsinin (30 məktəbəqədər, 7 ümumtəhsil, 2 ilk peşə-ixtisas, 3 orta ixtisas, 2 ali təhsil və 3 əlavə təhsil müəssisəsi) fəaliyyətinə lisenziya verilməsi ilə bağlı rəy bildirilməsi üçün Təhsil Nazirliyinə müraciət edib.

Təhsil Nazirliyinin müvafiq ekspert qrupları İqtisadiyyat Nazirliyinin nümayəndəsi ilə birlikdə müəssisələrə baxış keçirib. Ekspert qrupları 34 təhsil müəssisəsi (20 məktəbəqədər, 7 ümumtəhsil, 1 ilk peşə-ixtisas, 1 orta ixtisas, 4 ali və 1 əlavə təhsil müəssisəsi) haqqında müsbət, 13 təhsil müəssisəsi (9 məktəbəqədər, 2 orta ixtisas, 1 ilk peşə-ixtisas və 1 əlavə təhsil müəssisəsi) haqqında isə mənfi rəy hazırlanıb və İqtisadiyyat Nazirliyinə göndərilib.

Qeyd edək ki, hesabat Milli Məclisin mart ayının 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/190392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR