Almaniyalı alimlər zərərsiz ağrıkəsici dərmanlar yaradıblar

Almaniyalı alimlər zərərsiz ağrıkəsici dərmanlar yaradıblar
20:42 6 Mart 2017
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Almaniyalı elm adamları təhlükəli təsirləri olan ağrıkəsicilərə alternativ olaraq zərərsiz ağrıkəsici dərmanlar yaradıblar.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Berlinin Şarite Universitet Xəstəxanasında elm adamlarnın icad etdiyi yeni ağrıkəsisi sağlam toxumalar üzərində məhvedici təsir göstərməyəcək.
Alimlər bildiriblər ki, bu dərman cərrahi əməliyyat sonrası, xərcəng xəstəliyi zamanı istifadə olunan dərmanlar kimi mənfi təsirləri olmayacaq və sadəcə ağrı olan toxumalara təsir göstərəcək. Digər tərəfdən yeni tapıntı yalnız zərərsiz ağrıkəsici dərmanların istehsalı ilə çərçivəli qalmayacaq. Digər dərmanların da istehsalının önünü açacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/almaniyali-alimler-zerersiz-agrikesici-dermanlar-yaradiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR