"Bu, pul kisələrinin müharibəsidir" - Koçaryan

"Bu, pul kisələrinin müharibəsidir" - Koçaryan
20:52 6 Mart 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib ki, respublikadakı indiki siyasi proseslərdə iştirak etməyi arzu etmir.

"Yaranmış reallıqlar haqqında tam təsəvvürə malik olaraq, məndə bugünkü siyasi prosesləri şərh etmək arzusu yoxdur, o da ola onlarda iştirak etmək", - deyə Koçaryan bazar ertəsi özünün 2rd.am saytına verdiyi müsahibədə bildirib.

O, əlavə edib ki, 2015-ci il konstitusiya islahatını Ermənistan üçün uzunmüddətli neqativ nəticələrə səbəb olacaq böyük səhv hesab edir.

Onun sözlərinə görə, qarşıdakı seçkilərdə ideoloji mübarizə hər hansı məna kəsb etməyəcək və bunu dərc edilmiş ərazi siyahıları da təsdiq edir.

"Bu, dözülməzlik atmosferində pul kisələrinin müharibəsi olacaq. Həm də bir çox seçicilər çox güman ki, belə ağır ictimai durumda puldan imtina edə bilməyəcək və "səslər hərracı"nda iştirak edəcəklər. Təəssüf ki, bütün bunların nəyə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil", - deyə Koçaryan vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR