Gənc Tamaşaçılar Teatrı Dünya Uşaq və Gənclər Teatr Günü üçün xüsusi repertuar tərtib edir

Gənc Tamaşaçılar Teatrı Dünya Uşaq və Gənclər Teatr Günü üçün xüsusi repertuar tərtib edir
20:57 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/  Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-Azərbaycan Milli Mərkəzində 20 mart -Dünya Uşaq və Gənclər Teatrı Günü qeyd ediləcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən  məlumata görə, Gənc Tamaşaçılar Teatrı hər il bu gün ilə əlaqədar xüsusi repertuar tərtib edir.
Teatrın 2011-ci ildən bəri üzv olduğu Beynəlxalq ASSİTEJ-in təsis etdiyi bu gün “Uşağı teatra apar” devizi ilə həyata keçirilir.  
Uşaq və yeniyetmələrin teatrı olan Gənc Tamaşaçılar Teatrı nümayiş etdirdiyi səhnə əsərləri ilə bütün tamaşaçılarının mənəvi cəhətdən zənginləşməsi, dünyagörüşlərinin formalaşmasına çalışır. Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə martın 18-dən  25-dək Dövlət Gənc Tamaşaçılar Teatrı repertuarında olan bir-birindən maraqlı səhnə əsərlərini nümayiş etdirəcək. Həmin günlərdə “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Qeyd edək ki, Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət göstərir.







Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatri-dunya-usaq-ve-gencler-teatr-gunu-ucun-xususi-repertuar-tertib-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR