Azər Türk Bank xanım yazarları təbrik etdi

Azər Türk Bank xanım yazarları təbrik etdi
21:17 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Azər Türk Bankın nümayəndələri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda ölkənin görkəmli yazıçı və şairə xanımları ilə görüşmüşlər. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev tədbir iştirakçılarını salamlayaraq, onları  bayram münasibətilə təbrik etmiş, səmimi arzularını bildirmiş, Bankın bu təşəbbüsünü alqışlamışlar. Azər Türk Bank adından Bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova, Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mahir Eyvazlı və bankın mətbuat katibi Rauf Ağayev çıxış etmiş və xanım yazarlara gül və hədiyyələr təqdim etmişlər. Azərbaycanın tanınmış və sevilən yazarları Kəmalə Ağayeva, Şəfayət Dağıstanlı, Alina Talıbova, Nafilə Abuzərli, Dinara Gərəkməzli  və başqaları Yazıçılar Birliyinin rəhbərliyinə və belə bir tədbirin keçirilməsində təşəbbüskar olan Azər Türk Banka  minnətdarlıqlarını bildirmişlər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/523835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR