Bərzani: “Kürdlər öz dövlətinə sahib olacaq”

Bərzani: “Kürdlər öz dövlətinə sahib olacaq”
21:18 6 Mart 2017
509 Dünya
Ölkə mətbuatı
A- A+

“İraq artıq bitdi, biz kürdlər öz dövlətimizə sahib olacağıq”.

Publika.az xəbər verir ki, bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Fransanın “La Stampa” nəşrinə müsahibəsində deyib.

“İraqın bütövlüyünü qorumaq istəyirlər. Amma gerçək budur ki, İraq əslində həll edilməsi qeyri-mümkün olan problemlər üzündən bölünüb. Sünnilər və şiələr 1400 ildir ki, qarşı-qarşıyadır. Bu döyüşün qurbanları isə kürdlərdir. Birlikdə həyat düsturu tapılmalıdır. Kürdüstanın müstəqilliyi bu bölgədə sabitlik meydanı yaradar. Kifayət qədər qan və ədalətsizlik gördük”, - kürd siyasətçi bildirib.

“Suriya Kürdüstanı”nın yaradılması ehtimalına gəlincə, Bərzani bu fürsətin qaçdığını qeyd edib: “Çünki YPG bir çox ölkədə terror təşkilatı olaraq qəbul edilən PKK-nın yardımını qəbul etdi. YPG Bəşər Əsəd rejiminin köməyini qəbul etdi. Bu seçim onları bizdən uzaqlaşdırdı. Bu səhv siyasət suriyalı kürdlərin gələcəyini riskə atır”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR