Bakı 8 Martda istirahət üçün turizm şəhərlərinin ilk beşliyinə daxil olub

Bakı 8 Martda istirahət üçün turizm şəhərlərinin ilk beşliyinə daxil olub
21:27 6 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

"RoomGuru.ru" otel axtarışı servisi 8 Martda rusiyalı turistlərin səyahət və istirahət edəcəyi ən populyar şəhərləri müəyyənləşdirib. Reytinq cari ildə martın 7-dən 9-dək ikilikdə qalmaq üçün otel və apartament bronları üzrə hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı 8 Martda rusiyalı turistlərin səyahəti və istirahəti baxımından beşinci yeri tutub.

"RoomGuru.ru" servisinin məlumatına görə, Bakıda mehmanxanada qalmaq rusiyalı turistlərə orta hesabla sutkada 2,9 min rubla başa gələcək. Minskdə isə bu məbləğ 3 min rubl edir.

"TurStat" agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların bayram günlərində səfərləri ötən illə müqayisədə 10 faiz çoxalıb. Rusiyada isə Moskva, Sankt-Peterburq, Kazan, Soçi və Nijni Novqorod şəhərləri turistlərin istirahət etdiyi şəhərlərin ilk beşliyinə daxil edilib.

https://www.roomguru.ru "HotelsCombined.com" servisinin Rusiya saytıdır. "World Travel Awards" beynəlxalq münsiflər heyətinin məlumatına görə, "HotelsCombined.com" son dörd ildə dünyada otel axtarışı üzrə ən yaxşı sistem hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR