Almaniyada Türkiyə XİN rəhbərinin iştirakı ilə tədbir ləğv edilib

Almaniyada Türkiyə XİN rəhbərinin iştirakı ilə tədbir ləğv edilib
22:17 6 Mart 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Hamburq şəhərində yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbiri ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış etməli imiş.

Yerli hökumət  görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib. Tədbirin digər məkanda keçirilib-keçirilməyəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə telefon danışığında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə tədbirlərin ləğvindən narahatlığını ifadə etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR