Süni rüşeym yaradıldı

Süni rüşeym yaradıldı
22:52 6 Mart 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Kembric Universitetinin alimləri dünyada ilk dəfə süni siçan rüşeymi yaratmağa müvafiq olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, əldə olunan rüşeym bu istiqamətdə aparılan təcrübələrin ilk uğurlu nəticəsidir.

Tədqiqatlarda rüşeym və cift kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr xüsusi texnika vasitəsilə qarışdırılaraq üçölçülü siçan embrionu çərçivəsinə yerləşdirilib və dörd gün ərzində bətndaxili şəraiti özündə əks etdirən qidalandırıcı məhlulun içində saxlanılıb. Bu müddətdə hüceyrələr əsl rüşeymə oxşar struktur formalaşdırıblar.

Mütəxəssislər bildiriblər ki, əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq.

Süni rüşeym yaratmaq istiqamətində əvvəlki cəhdlər hüceyrələrin çərçivə daxilində düzgün yerləşməməsi səbəbindən uğursuz olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR