Ömrünüzü uzadacaq ərzaqlar

Ömrünüzü uzadacaq ərzaqlar
22:52 6 Mart 2017
459 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən ömrünüzü uzadacaq ərzaqları təqdim edir:

Yulaf - qanın tərkibində şəkərin miqdarını azaldır. Mədə şirəsi turşuluğuna, həzm prosesinə faydalıdır. Bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbz və ishal vəziyyətlərində də faydalıdır.

Sarımsaq - Orqanizmdə zərərli maddələrin fəaliyyətini azaldır, damarları genişləndirir, qan təzyiqini azaldır, ürək əzələlərinin və beyin hüceyrələrinin funksiyasını dəstəkləyir. Sarımsaq xərçəng xəstəliyinə yoluxma riskini azaldır.

Dəniz balığı - yağlı dəniz balığı ilə qidalanmaq insult riskini 5 dəfə azaldır. Çünki tərkibində beta karotin və yağlı turşuların miqdarı çoxdur.

Cücərmiş buğda - orqanizmi toksin və şlaklardan təmizləyir, mədə-bağırsaq traktının mikroflorasını normallaşdırır. Maddələr mübadiləsini tənzimləyir və imunitet sistemini aktivləşdirir.

Alma - tərkibində pektin, antioksidant kvertsetin, dəmir və yod var. Müntəzəm olaraq alma qəbul etmək orqanizmi təmizləyir, xolesterinin səviyyəsini aşağı salır. Ürək-damar və xərçəng xəstəlikləri riskini də azaldır.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/523677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR