"Ağıllı" zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq

"Ağıllı" zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq
22:52 6 Mart 2017
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. Çirkli küçələr heç kimin xoşuna gəlməsə də, təəssüf ki, belə küçələr var. Məsələn, bəzi insanlar zibili küçəyə tullayır, yaxud zibil qutusuna atmaqda tənbəllik edirlər. "SENCITY" şirkəti insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verərək təmizkar vətəndaşları mükafatlandıran "tetraBIN" adlı xüsusi zibil qutusu düzəldib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maye kristal ekrana bükülmüş "TetraBIN" zibil qutusunun displeyində göstərilən yarasalar və ac itlər onları yedizdirməyi xahiş edirlər. Kimsə zibil tulladıqda zibil qutusunun içərisində atılan əşyaya reaksiya verən həssas membran işə düşür. Bundan sonra nahar vaxtı itlər dadlı toyuq ayaqları yeyirlər.

Zibil qutusuna atılmış zibilə görə "oyunçular"a unikal promokod verilir. Bu promokodu həmin zibil qutusu istehsalçısının saytında qeydiyyatdan keçirməklə hədiyyələr əldə etmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR