"VAZ -2107", yoxsa CİP: radarla bağlı yazılan protokol çaşqınlıq yaradıb -

"VAZ-2107" radarda cip kimi görünür, yaxud da protokol səhvdir.

Tragikomik xəbər Cəlilabaddandır. "VAZ-2107" markalı avtomobili olan Cəlilabad rayon sakininə göndərilən prokolda ciplə radara düşdüyü göstərilib.

Cəlilabad rayon Maşlıq kənd sakini Xudakərim Əkbərovun başına gələn hadisə eşidənləri təəccübləndirir. Bir neçə gün əvvəl onun ünvanına gələn cərimə protokolunda bildirilib ki, yanvar ayının 23-də paytaxtın Heydər Əliyev prospektində maksimum sürət həddinin 60 olduğu ərazidə avtomobili cipi saatda 73 kilometr sürətlə idarə edib. Əslində isə onun cipi yoxdur.

Daha da maraqlısı cərimə protokolunun bir səhifəsində radara düşən avtomobilin açıq aydın cip olduğu göstərilsə də, digər səhifədəki qeydlər də Xudakərim Əkbərova məxsus olan "VAZ-2107” markalı - 10 NS 686 nömrə nişanlı avtomobil olduğu yazılıb. Amma 07-nin cip kimi çıxması bir kənara, sürücü deyir ki, son bir ildə, ümumiyyətlə, Bakıda olmayıb. Onun olmadığı yerdə radara düşməsi isə anlaşılmazdır.

İndi vətəndaş adına səhvən yazılmış cərimənin silinməsini istəyir.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR