Mehmet Topal: "Bu epizodu səhərə qədər ən az 100 dəfə izləmişəm"

Mehmet Topal: "Bu epizodu səhərə qədər ən az 100 dəfə izləmişəm"
23:42 6 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının 23-cü turunda baş tutan "Fənərbağça" - "Osmanlıspor" (1:0) oyununda nəticəni müəyyənləşdirən hakim səhvi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, referi Alper Ulusoy meydan sahiblərinin futbolçusu Mehmet Topalın topu əllə ram edib tordan keçirməsini qol kimi qeydə alıb. Topal bu epizodla bağlı açıqlamasında topa əllə toxunduğunu etiraf edib.

"Oyunda çox güc sərf etmişdim. Son dəqiqələrdə olduqca yorulmuşdum. Künc zərbəsindən sonra topu görmədim. Qəsdən əlimlə oynamadım. Qoldan sonra hakimə baxdım. Meydanın mərkəzinə gedərkən əllə oynayıb-oynamadığımı soruşdu. "Əlim bağlı idi, amma dəydi" - dedim. Daha nə edə bilərdim? Bu epizodu səhərə qədər ən az 100 dəfə izləmişəm. Səhər saat 9-da yatdım. Övladımı həkimə aparmalı idim. Onu təxirə salmalı oldum. Tənqidlərə çox incidim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR