Qanı təmizləyən FAYDALI DƏMLƏMƏ

Qanı təmizləyən FAYDALI DƏMLƏMƏ
23:47 6 Mart 2017
365 Ölkə
Ölkə mətbuatı
A- A+

Pis ekoloji şərait, düzgün olmayan qidalanma, suyun az miqdarda qəbulu, bağırsaqların, qaraciyərin, böyrəklərin fəaliyyətində problemlər qanın tərkibinə çox mənfi təsir edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, toksinlər, şlaklar, viruslar və s. ziyanlı agentlər qanda toplanaraq orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Xroniki intoksikasiyanın əsas əlamətləri:

- dərinin və saçların vəziyyətinin pisləşməsi - saçlar cansız və solğun olur, tökülür, dəridə səpgilər, civzələr, ləkələr əmələ gəlir
- səbəbsiz yorğunluq, zəiflik və yuxululuq
- baş ağrıları
Xalq təbabəti qanı təmizləmək üçün müxtəlif effektli vasitələri təqdim edir. Bu vasitələrdən biri itburnu ilə zəncəfilin dəmləməsidir.
2 x.q. itburnu əzilir, 4-5 sm uzunluqda təzə zəncəfil kökü sürtgəcdən keçirilir. İtburnu və zəncəfil termosa tökülür, üzərinə yarım l isti su tökülür. Dəmləməni axşamdan hazırlayın, səhər bir neçə qat tənzifdən 2 dəfə süzün və gün ərzində hər dəfə yarım stəkan olmaqla için. Axşam yeni dəmləmə hazırlayın.
Dəmləməni hər gün 1 həftə ərzində için.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmədən istifadə etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/523711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR