Netanyahu və Tramp İrandan gələ biləcək təhlükələri müzakirə ediblər

Netanyahu və Tramp İrandan gələ biləcək təhlükələri müzakirə ediblər
00:17 7 Mart 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə telefon söhbəti zamanı İrandan gələ biləcək təhlükələr və onların qarşısının alınması üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
"Bu gün axşam ABŞ prezidenti Donald Tramp baş nazir Binyamin Netanyahuya zəng edib...Hər iki lider İranla nüvə sövdələşməsinin özündə daşıdığı təhlükəni və İranın regionda qərəzli aparmasını müzakirə ediblər. Onlar bu təhlükələrə qarşı birgə işləməyin zəruri olduğunu bildiriblər", — deyə press-relizdə qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/netanyahu-ve-tramp-i-randan-gele-bilecek-tehlukeleri-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR