Peskov: " Rusiya və ABŞ münasibətləri normallaşacaq"

Peskov: " Rusiya və ABŞ münasibətləri normallaşacaq"
03:24 7 Mart 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Rusiya və ABŞ münasibətlərinin normallaşdırılması perspektivini qeyd edib.

 

APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə D.Peskov CNN telekanalına müsahibəsində bildirib.

 

“Gəlin məsələyə bir gün, bir ay və hətta bir ilin prizmasından yanaşmayaq. Biraz geniş düşünək. Misal üçün, çinli dostlarımız kimi. Onlar hər şeyi on illərlə, yüz illərlə əvvəl ölçüb-biçir, götür-qoy edirlər. Əminəm ki, gec-tez Rusiya və ABŞ münasibətləri normallaşacaq. Bu qaçılmazdır", - deyə D.Peskov vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR