Sorğu: Amerikalıların 1/3-i Rusiyanı ciddi təhlükə hesab edir

Sorğu: Amerikalıların 1/3-i Rusiyanı ciddi təhlükə hesab edir
04:07 7 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın CNN telekanalı ORC şirkəti ilə birgə sıravi amerikalıların Rusiyanı nə dərəcədə təhlükəli hesab etmələri ilə bağlı sosial sorğu həyata keçirib.
"Report" xəbər verir ki, əldə olunan nəticəyə görə, ötən illə müqayisədə Kremldən ehtiyatlanan respondentlərin sayı təqribən 10 faiz artıb.
Sorğulananların 34 faizi Rusiyanı "olduqca təhlükəli" hesab ediblər.
Analoji göstərici 2016-cı ildə sorğulanan amerikalıların 21 faizini təşkil etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sorgu-amerikalilarin-1-3-i-rusiyani-ciddi-tehluke-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR