BMT Təhlükəsizlik Şurası KXDR-nin raket sınaqları ilə bağlı təcili iclas keçirə bilər

BMT Təhlükəsizlik Şurası KXDR-nin raket sınaqları ilə bağlı təcili iclas keçirə bilər
04:27 7 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın həyata keçirdiyi son raket sınaqlarının müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.
"Report" "Yonhap"a istinadən xəbər verir ki, iclas artıq martın 8-də keçirilə bilər.
"Reuters"in martın 6-sı səhər Koreya Xalq Demokratik Respublikasının 1000 km-lik dörd raketi sınaqdan keçirdiyini və onlardan üçünün Yaponiyanın iqtisadi zonasına düşdüyünü xəbər verib. Bu, ABŞ və Cənubi Koreyanın ötən çərşənbə günü başladıqları təlimlərə cavab ola bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-tehlukesizlik-surasi-kxdr-nin-raket-sinaqlari-ile-bagli-tecili-iclas-kecire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR