ABŞ Cənubi Koreyanı silahlandırmağa başladı

ABŞ Cənubi Koreyanı silahlandırmağa başladı
06:49 7 Mart 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Cənubi Koreyada raket əleyhinə THAAD sistemlərinin quraşdırılmasına başlayır.

 

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, THAAD sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb.

 

Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.

 

Raket əleyhinə THAAD sistemlərinin Cənubi Koreyada yerləşdirilməsinə iyun-iyul aylarında başlanmalı idi. Lakin Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınaqları ABŞ və Cənubi Koreyanı prosesi sürətləndirməyə vadar edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR