KXDR Malayziya vətəndaşlarına qadağa qoydu

KXDR Malayziya vətəndaşlarına qadağa qoydu
07:39 7 Mart 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib.

 

Qeyd edək ki, Malayziya hökuməti Şimali Koreya  səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Buna cavab olaraq eyni addımı rəsmi Pxenyan da atıb.  

 

İki ölkə arasında münasibətlər Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra gərginləşib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR