Özü üçün ölüm arzulamaq doğrudurmu?

Özü üçün ölüm arzulamaq doğrudurmu?
08:05 7 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Xeyr, bu naşükürlük əlamətidir. Allah hər kəsin əcəlini Öz məsləhət bildiyi vaxtda göndərər. Amma bəzən insanlar kiçik bir uğursuzluqdan naümid olub həyatdan küsürlər və ölməyi istəyirlər. Guya öləndən sonta bütün işlər düzələcək.

Milli.Az islam.az-a istinadən bildirir ki, əksinə, insan Allahdan ömür istəməlidir ki, etdiyi günahları düzəltməyə, yerinə yetirmədiyi ibadətləri qəza etməyə, incitdiyi adamlardan halallıq almağa imkanı olsun. Bunları etmədən Allahın dərgahına yollanmağın nə faydası var ki? Həyat bizə ona görə verilib ki, axirət üçün özümüzə bacardıqca daha çox azuqə (yəni savab) toplayaq. Çünki axirətdə bu azuqəyə çox ehtiyacımız olacaq. Bizim müqəddəslərimizin başına olmazın müsibətlər gəlib, amma onlar həmişə Allaha şükr ediblər, həyata ümidi itirməyiblər, özlərinə ölüm istəməyiblər. Naşükürlük edən bəndə bundan daha pis müsibətlərə düçar ola bilər. Hər bir çətinlik zamanı Allaha təvəkkül etmək, Ondan yardım diləmək və həyatı layiqli şəkildə yaşamağa çalışmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR