O dünyadan Wi-Fi ilə yayım apardı

O dünyadan Wi-Fi ilə yayım apardı
08:12 7 Mart 2017
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiyadan olan yaşlı kişi narkotik asılılığı olan, depressiyadan əziyyət çəkən və ya intihara meyli insanlara kömək etmək məqsədilə performans nümayiş etdirmək qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, kişi özünü içində Wi-Fi olan qəbirdə diri-diri basdırıb və "o dünyadan" yayım aparıb.

Bununla da təqaüdçü müəyyən kateqoriyalı insanlara nə qədər ki, özləri o biri dünyaya getməyiblər, qəbirdəki şəxslə ünsiyyət imkanı yaratmaq istəyib. Performansın uğurlu keçməsi üçün kişi özü ilə video kamera, təmiz paltar, yemək, stolüstü lampa, dizi mövzularda kitablar da götürüb. Həmçinin qəbirdə Wi-Fi də olub.

Maraqlıdır ki, bu, ilk belə təcrübə deyil. Bundan əvvəl də rusiyalı blogger Qabar "diri-diri basdırılan" rolunda çıxış edib. Acaq o, özünün fiziki və mənəvi dözümlüyünü yoxlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR