Evdə it saxlamaq olarmı?

Evdə it saxlamaq olarmı?
08:17 7 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

İti evin içində saxlamaq qəti surətdə İslam dininə ziddir. Çünki itin rütubətli halda toxunduğu hər şey murdar olur (eynilə donuz kimi). Yəni məsələn it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ya da məsələn, itin bədəni (və ya tükləri) hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır.

İtin tükü yapışmış paltarda namaz qılmaq batildir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, vəhy mələyi Cəbrayıl (ə) Ona deyibmiş: "Mələklər it olan evə daxil olmazlar" (Biharül-ənvar, 73-cü cild, səh. 159; həmçinin bax: Müsnədü Əhməd ibn Hənbəl, 4-cü cild, səh. 28). Ehtiyac olduğu halda (məsələn, mühafizə məqsədi ilə) həyətdə it saxlamaq olar. Amma bu zaman yenə yuxarıdakı qaydalar gözlənilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR