Peru prezidentini "qorxaq" və "it" adlandırdılar

Peru prezidentini "qorxaq" və "it" adlandırdılar
08:17 7 Mart 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Venesuela hökuməti sosializmə qarşı çıxdığına görə Peru prezidenti Pedro Pablo Kuçinskini təhqir edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, keçən il keçirilmiş prezident seçkilərində qalib gələn 78 yaşlı keçmiş bankir Kuçinski, bir müddət bundan əvvəl ABŞ-da etdiyi çıxışı ilə Venesuela hakimiyyətini qəzəbləndirib.

Belə ki, o, Latın Amerikasını xalça üzərində gəzən təmizkar itlə müqayisə edib, Venesuelanı isə bu xalçanın üzərindəki "böyük problemə" oxşadıb.

Buna cavab olaraq, Venesuela xarici işlər naziri Delsi Rodrigez Kuçinskini "qorxaq" və ABŞ-ın köləsi olan "it" adlandırıb.

Kuçinski reqionda Venesuellanın hakim "Çavizmo" hərəkatının ən qatı tənqidçilərindəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR