“Ağıllı prezervativ”lərin satışına başlandı

“Ağıllı prezervativ”lərin satışına başlandı
08:22 7 Mart 2017
184 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərədə "ağıllı prezervativ"lərin satışına başlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "i.Con Smart Condom"un daşınar cihazların inkişafında yeni söz olacağını və alıcıların bu əlavəyə necə münasibət göstərəcəyini demək çox çətindir. Ancaq bununla belə, "ağıllı prezervetiv"lərə sifarişlər verilməsinə artıq başlanılıb.

Cəlbedici adının olmasına baxmayaraq, texniki nəzər nöqtəsindən "i.Con Smart Condom" heç də prezervativ deyil. Cihaz ilk görüşdən həlqəyə oxşayır.
 
"i.Con Smart Condom" sahibləri proses haqqında demək olar ki, hər şeyi öyrənə biləcəklər. Bura hərəkətin sürəti, gücü, seks zamanı yandırılan kalorilərin sayı, temperatur və bir çox digər məlumatları öyrənmək olacaq. Bu funksiyanın faydalı tərəflərindən biri də dəri xəstəliklərindən müdafiə səviyyəsinin yüksək olmasıdır.
 
Hər bir "ağıllı" cihaz kimi, "i.Con Smart Condom" "Bluetooth" vasitəsilə smartfonla sinxronlaşdırılır. Cihazın satıcısı olan "British Condoms" şirkəti alıcıları əmin edir ki, yığılan bütün məlumatlar anonim olaraq saxlanılır. Ancaq istifadəçi istəsə, bu məlumatları sosial şəbəkələrdə bölüşə bilər.
 
"i.Con Smart Condom"un qiyməti 59,99 funt-sterliq və ya 129,15 manat təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR