Alimlər süni damar şəbəkəsi yaradıblar

Alimlər süni damar şəbəkəsi yaradıblar
08:32 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

San-Dieqoda Kaliforniya Universitetinin alimləri üç ölçülü (3D) printerdən istifadə edərək süni damar şəbəkəsi yarada biliblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, alimlər əvvəlcə kompüterdə damar quruluşunu modelləşdiriblər. Sonra 3D printerdən və canlı hüceyrədən istifadə edən damar şəbəkəsini yaratmağa müvəffəq olublar.
Bu zaman canlı hüceyrələr böyüyərək damar şəbəkəsini bioloji toxuma ilə örtüb. Laboratoriya mühitində yaradılan damarlar daha sonra siçanlar üzərində sınaqdan keçirilib. Uğurla nəticələnən sınaqlarda damar şəbəkəsinin heyvanın ürək-damar sistemi ilə uyğunlaşmasını təmin etdiyi məlum olub.
Tədqiqatçı Shaochen Chen bildirib ki, orqanlarımız qan damarları olmadan həyatda qala və inkişaf edə bilməz. Damarlar orqan nəqlində ən əhəmiyyətli məfhumlardır. Yaradılan süni damar şəbəkəsi orqan nəqlində problemlərin qarşısını almağa kömək olacaq.
Yaradılan damarların hələ ki, yalnız qan daşıdığını vurğulayan alim süni damarların təbii damarlar kimi qida maddələrini daşıması üçün tədqiqata davam etdiklərini söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR