Namaz zamanı təsbehin üzərinə səcdə etmək olarmı?

Namaz zamanı təsbehin üzərinə səcdə etmək olarmı?
08:37 7 Mart 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Türbətdən (torpaqdan) hazırlanmış təsbehin üzərinə səcdə etmək olar, plastmas, sümük, kəhrəba və sairə təsbehə isə yox. Adətən, Kərbəlaya gedən zəvvarlar bu müqəddəs torpaqdan hazırlanmış türbət təsbehlər gətirirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, Şəriətə görə, səcdə əsasən torpağın üzərinə edilməlidir. Türbət təsbehin dənələri də torpaqla suyun qarışığından ibarətdir. Buna görə də onların üzərinə səcdə etmək olar. Bu, möhürün üzərinə səcdə etmək kimidir. Amma gərək diqqət yetirilsin ki, təsbehin alın dəyən yerlərinin ümumi sahəsi ən azı baş barmağın dırnağının (və ya şəhadət barmağının bir bükümünün) sahəsi qədər olsun, bundan az olmasın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR