“Spotify”nin istifadəçilərinin sayı 50 milyonu keçdi

“Spotify”nin istifadəçilərinin sayı 50 milyonu keçdi
08:52 7 Mart 2017
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Spotify" striminq musiqi xidmətinin ödənişli abunəçilərinin sayı yarım il ərzində 25 faiz artaraq 500 milyon nəfərə çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Sentyabrda "Spotify"nin ödənişli abunəçilərinin sayı 41 milyon nəfər təşkil edirdi. Eyni zamanda xidmətin ümumi auditoriyasının sayı 100 milyon nəfər olub. "Spotify"nin əsas rəqibi hesab olunan "Apple Music" əlavəsinin abunəçilərinin sayı dekabrda 20 milyon olub.
 
"Techcrunch" portalının mənbəyinə əsasən, "Spotify" Nyu-York fond birjasında səhmlərin kütləvi satışa çıxarılmasını (İPO) 2018-ci ilə qədər təxirə sala bilər. Şirkətin qiyməti isə 11 milyard dollardan 13 milyard dollara qədər arta bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR