Samsung Galaxy S8-in təqdimatına qədər...

Samsung Galaxy S8-in təqdimatına qədər...
09:05 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti "Galaxy S8" smartfonunun təqdimatına qədər 4,7 milyon ədəd smartfon istehsal edəcək.

İKT.lent.az-ın "Sammobile.com" saytına istinadən məlumatına görə, şirkət mart ayında 4,7 milyon ədəd flaqman modelini istehsal etmək niyyətindədir. Apreldə isə 7,8 milyon ədəd smartfon istehsal olunacaq.

Şirkətdəki mənbə bildirib ki, "Samsung Galaxy S8" və "S8 Plus" modelinin kütləvi istehsalına artıq Vyetnamda başlanılıb. Onun sözlərinə görə, yaxşı tələbatın olacağı gözləntisi ilə "Galaxy S8"in istehsalı tam gücü ilə aparılır.

Gözlənilir ki, "Galaxy S8" və "S8 Plus"un satışlarına bütün ölkələrdə eyni anda başlanacaq. Şirkətdən smartfonların tədarükü və planları ilə bağlı heç bir rəsmi şərh vermirlər. Ancaq artıq elan olunub ki, flaqmanın təqdimatı martın 29-da Nyu-Yorkda baş tutacaq.
 
Jurnalistlər və mütəxəssislər "Unpacking" adlandırılan tədbirə dəvət almayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/523382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR