Meksikada zəncirvari qəza: 5 ölü

Meksikada zəncirvari qəza: 5 ölü
09:05 7 Mart 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Miçoakan ştatında ağır yol qəzası baş verib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mexiko-Qvadalaxara  avtomagistralında qeydə alınıb.
 
Məlumata əsasən, idarəetməni itirən yük maşını qarşıda hərəkətdə olan bir neçə minik avtomobilinə çırpılıb. Avtomobillərdən biri yanıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, xəsarət alanların  olduğu bildirilir.
 
Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR