Şimali Koreya Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan etdi

Şimali Koreya Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan etdi
09:37 7 Mart 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib.
 
Qeyd edək ki, Malayziya hökuməti Şimali Koreya  səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Buna cavab olaraq eyni addımı rəsmi Pxenyan da atıb.  
 
İki ölkə arasında münasibətlər Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra gərginləşib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR