Ərdoğanı müşayiət edən jurnalist tutuldu - TELEFONA görə

Ərdoğanı müşayiət edən jurnalist tutuldu - TELEFONA görə
09:43 7 Mart 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Anadolu Dövlət Agentliyinin Prezident tədbirlərini işıqlandıran müxbiri İlhan Toprak “ByLock” proqramlı telefon istifadə etdiyi üçün saxlanılıb.

Publika.az “Hürriyyət”-ə istinadən xəbər verir ki, İlhan Toprak 28 fevral-1 mart tarixlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri zamanı onu müşayiət edib. Sözügedən səfərdən qayıdan zaman isə jurnalist hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Hazırda onun polis tərəfindən ifadəsinin alındığı deyilir.

Qeyd edək ki, “ByLock” proqramlı mobil telefonlar Türkiyədə “FETÖ” üzvləri tərəfindən istifadə edilməsi kimi tanınır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR