Dünya birjalarında neft ucuzlaşıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 53,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,09% azalaraq 55,96 dollar olub.
Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi səbəb olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində