Bakıda körpünün altında 42 yaşlı kişi bıçaqlanıb

Bakıda körpünün altında 42 yaşlı kişi bıçaqlanıb
09:47 7 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda 42 yaşlı kişi bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığındakı körpünün altında 1975-ci il təvəllüdlü Rəhimov Samir Zahid oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. Onunla əlbəyaxa olan naməlum şəxs S.Rəhimova iki bıçaq zərbəsi vuraraq qaçıb. S.Rəhimov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-korpunun-altinda-42-yasli-kisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR