Bakıda işə gedən fəhləni avtomobil vuraraq öldürdü

Bakıda işə gedən fəhləni avtomobil vuraraq öldürdü
09:57 7 Mart 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda işə gedən fəhləni avtomobil vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Məmmədov Elgün Əliyyət oğlunu avtomobil vuraraq öldürüb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinə aparılıb.
Qeyd edək ki, E.Məmmədov səhər saatlarında fəhlə kimi çalışdığı tikinti şirkətinə gedirmiş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR