ADPU-nun kafedra müdiri vəfat edib

ADPU-nun kafedra müdiri vəfat edib
10:02 7 Mart 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Dövlət Universitetinin (ADPU) əməkdaşı vəfat edib.
“Report”un məlumatına görə, universitetin Coğrafiya və Çağırışaqədər Hazırlıq fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri Fərrux Həsənli dünyasını dəyişib.
Qeyd edək ki, F.Həsənli 1947-ci il martın 20-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Arbat kəndində anadan olub. 1968-ci ildə V.İ.Lenin adına APİ-nin Coğrafiya fakültəsinə daxil olub. 1972-ci ali təhsilini başa vurub. 2000-ci ildə ADPU-də baş müəllim vəzifəsində işə başlayıb. 2009-cu ildən dosent kimi pedaqoji fəaliyyətimi davam etdirib. 2011-ci ildən Ümumi coğrafiya kafedrasının müdiri idi. 3 dərs vəsaitinin, 4 proqramın, 1 metodik vəsaitin, 39 elmi məqalə və tezisin müəllifidir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/adpu-nun-kafedra-mudiri-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR