Riçard Almeyda Qətərə aparılmayacaq

Riçard Almeyda Qətərə aparılmayacaq
10:12 7 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. 
O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.
Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ricard-almeyda-qetere-aparilmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR