Bayraq dirəyi iki ölkəni bir-birinə vurdu

Bayraq dirəyi iki ölkəni bir-birinə vurdu
10:23 7 Mart 2017
243 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Pakistanla sərhəddə ucaltdığı 110 metrlik hündürlükdə bayraq dirəyi rəsmi İslamabad hökumətinin narahatlığına səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan hökuməti sözügedən bayraq dirəyində gizli kameranın quraşdırıldığını düşünür.

Pakistanın hökumət rəsmiləri bəyan edib ki, Hindistan hökuməti Lahordakı Vagah sərhəd keçid məntəqəsinin 200 metrliyində ucaldılan ölkənin ən yüksək bayraq dirəyinin üzərində casusluq məlumatlarının əldə edilməsi üçün gizli kamera quraşdırıb.

Həmçinin, Pakistan hökuməti sözügedən bayraq dirəyinin ölkə ərazisindən görünməsinə görə də qonşu Hindistanı ittiham edib.

Rəsmi İslamabad Hindistan hökumətini sözügedən bayraq dirəyini Pakistan ərazisindən görünməyəcək əraziyə çəkməyi tələb edib.

Hindistan tərəfi isə Pakistanın ittihamlarına cavab verərək, bayraq dirəyinin sərhəddən kifayət qədər kənarda olduğunu və heç bir beynəlxalq qanunun tələblərini pozmadığını bəyan edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR