​Gündə 3-4 saat televizor izləyənlər...

Televizor qarşısında 3-4 saat vaxt keçirmək isə astma və allergik xəstəliklərə səbəb olur. Dünyada hər il 300 milyon insan astmaya yoluxur.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, İngiltərədə yerləşən Qlazqo Universitetinin elm adamları maraqlı araşdırma aparıblar. Belə ki, uzun müddət televizor izləməyin yeniyetmələrdə astma xəstəliyi yaradacağı qənaətinə gəliblər. Gündə 2 saat televizor izləyən uşaqlarda astma riski, 2 saatdan çox televizor izləyən uşaqlarda isə ikiqat astma xəstəliyi yaranma riski olduğu deyilir.

Məsələ ilə bağlı professor Ahmet Akçay qeyd edib ki, televizor izləyərkən hərəkətsiz həyat tərzi keçiririk və ekran qarşısında əyləşərkən yüngül, zərərli qidalar yeyirik. Bu qidalar allergiya və astma xəstəliklərinin yaranmasına səbəb olur.

“Aktiv olmayan həyat tərzi ağciyərlərin inkişafını ləngidir və uşaqlarda tənəffüs yollarının problemlərinə gətirib çıxarır".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR