İndoneziyanın güc simvolu:

İndoneziyada kişilər güc simvolu olaraq Batu daşından düzələn boyunbağı, bilərzik və üzük taxırlar.

Metbuat.az bildirir ki, ölkədə Batu daşının bədəni müsbət enerji ilə təmin etdiyinə və stressi yox etdiyinə inanırlar.

Almaz və ya brilyant kimi maddi dəyəri olmasa da Batu daşı ölkədəki mənəvi dəyəri səbəbiylə yüksək qiymətə satılır. Daşların qiyməti üzərindəki naxışlara görə 200 min ABŞ dollarına qədər arta bilər.
Adil / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR