Riçard Almeyda düşərgədən ayrıldı

Riçard Almeyda düşərgədən ayrıldı
10:47 7 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun üzvü Riçard Almeyda Azərbaycan millisinin düşərgəsindən ayrılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmanın keçirdiyi qısa müddətli məşqində braziliyalı yarımmüdafiəçi də iştirak edib.

Riçardın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsinə hələ icazə verilmədiyindən, cənubi amerikalı Qətərlə yoxlama oyununa yollanmayacaq. Belə ki, FİFA-nın məsələ ilə bağlı qərarının növbəti aylarda açıqlanması gözlənilir.
 
Baş məşqçi Robert Prosinçeçkinin onu milliyə dəvət etməsində məqsəd isə yığmanın ab-havasını hiss etmək, adaptasiya prosesinin başlanması olub. Bu prosesi arxada qoyan "sambaçı" Qətərə yola düşəcək komandadan ayrılıb.

Qeyd edək ki, millimiz bu gün Qətərə yola düşür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR