Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti hərrac keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti hərrac keçirib
11:02 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərrac keçirib.
Komitədən "Report"a verilən xəbər görə, bu hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bu qeyri-yaşayış sahələri paytaxtın əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi aiddir.
Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.
Qeyd edək ki, növbəti belə hərrac martın 14-də (www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1408) keçiriləcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/emlak-meseleleri-dovlet-komitesi-bu-gun-novbeti-herrac-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR