Abel Məhərrəmovun oğlu etimadnaməsini Ollanda təqdim etdi - FOTO

Abel Məhərrəmovun oğlu etimadnaməsini Ollanda təqdim etdi - FOTO
11:22 7 Mart 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim etmək üçün Yelisey Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdən sonra Anar Məhərrəmov etimadnaməsini Fransua Ollanda təqdim edib. Sonra keçirilən qısa görüşdə səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Fransua Ollanda təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını ona çatdırıb.

Fransanın Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarına görə təşəkkürünü bildirən Fransua Olland onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.
Görüşdə Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye də iştirak edib.

Qeyd edək ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR