Fransa elektron səsvermədən imtina edib

Fransa elektron səsvermədən imtina edib
11:32 7 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Fransa hökuməti prezident seçkisində elektron səsvermədən imtina olunması barədə qərar qəbul edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, buna səbəb kimi kiberhücum təhlükəsinin yüksək olması göstərilib.
Məlumata görə, elektron səsvermədən ilk dəfə 2012-ci ildə parlament seçkilərində Fransadan kənarda yaşayan seçicilər istifadə edib. Ölkə daxilində isə belə səsvermə vasitəsindən istifadə olunmayıb.
Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkisinin birinci turu, mayın 7-də isə ikinci mərhələsi keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransa-elektron-sesvermeden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR