​Azərbaycanın hansı bölgəsində dağıdıcı zəlzələ gözlənilir?

Son bir həftədir qonşu ölkələrdə ard-arda yeraltı təkanların baş verməsi ilə bağlı xəbərlər yayılır.

Maraqlıdır, Azərbaycanda da yaxın günlərdə zəlzələ gözlənilirmi?

Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Metbuat.az-a bildirdi ki, Azərbaycanda hər gün zəlzələ olur. Xırda təkanlar olaraq qeydə alınır:

“Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşdiyinə görə, vaxtaşırı təkanlar qeydə alınır. Bu da ərazinin quruluş xüsusiyyəti baxımdan normaldır. Maqnitudası 3-dən yuxarı olan zəlzələlər barədə cəmiyyətə məlumat veririk. Elə zəlzələlər var ki, maqnitudası 3-dən aşağıdır. Azərbaycanda hansısa güclü yeraltı təkananın baş verəcəyi ilə bağlı öncədən heç nə deyə bilmərik”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR