İntiharın qarşısını necə almaq olar?

Dünyanın hər yerində intihar prosesinin artdığını müşahidə edirik. İntihar edənlərin sayı son vaxtlar ölkəmizdə də artıb. 2017-ci ilin ilk ayının 26 günü ərzində intihar etmək istəyən 11 şəxsin həyatını xilas etmək mümkün olub, 36 nəfər isə intihar edib. Təəssüf ki, intihar edənlər arasında məktəblilər də var.

"İntihar edənlərin bir qismində onların birinci intihar cəhdi olmur. Növbəti cəhddə artıq intihar başa çatır".

Bunu Metbuat.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

"İntihar prosesində genetik, psixoloji və sosial faktorlar rol oynayır. Depressiya, ailədaxili münaqişələr, iş mühitindəki problemlər intihara gətirib çıxara bilir".

İntihar etmək istəyənlər “həyatdan bezmişəm”, “yaşamaq istəmirəm”, “hər şey mənasızdır” kimi mesajlar verirlər.

Psixoloq qeyd edir ki, əgər ətrafınızda kimdəsə belə bir hal müşahidə etmisinizsə, problemin həlli istiqamətində dəstək almaqlarına yardım edin. Çünki intihar edənlərin bir qismi onların birinci intihar cəhdi olmur. Növbəti cəhddə artıq intihar başa çatır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR